RU

“Sihirli Annem” eyni aktyorlarla yenidən ekranaQAYIDIR - FOTO

2003-cü ildə ekranlara gələn və böyük marağa səbəb olan Türkiyənin məşhur serialı olan “Sihirli Annem” yenidən çəkilir.

Gundem.az xəbər verir ki, ekran işi bu dəfə əvvəlki aktyor heyəti ilə film kimi ekranlara qayıdır.

Filmdə baş rolu uzun illərdir Londonda yaşayan və serialda "Betüş" obrazını canlandıran aktrisa İnci Türkay canlandıracaq. Uzun müddətdir çəkilişlərdən uzaq olan Türkay, 10 ildən sonra Sihirli Annem filmi ilə yenidən kamera qarşısına keçəcək.

Filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılması planlaşdırılır.

Filmin aktyor heyətində İnci Türkay, Şahap Sayılgan, Nevra Serezli, Gül Onat, Ayşen İnci, Süeda Çil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Cennifer Boyner, Gizem Güven və Zeynep Özkaya yer alacaq.

Избранный
2
4
gundem.az

5Источники