RU

ÜST ABŞ-dən əlavə vəsait tapılana qədər maliyyələşdirməni davam etdirməyi xahiş edib

ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırmasının mümkün nəticələri açıqlanıb...

Poliqon-un xəbərinə görə, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” paneldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus bildirib.

ÜST Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus qeyd edib ki, ABŞ ÜST-ün maliyyələşməsinin 30 faizini təmin edir, ABŞ-ın ÜST-dən çıxması malyariyaya qarşı mübarizə və digər bir sıra səhiyyə proqramlarının dayanmasına səbəb olacaq:

“Nəticədə 700 laboratoriya fəaliyyətini dayandıracaq. Bu, bir sıra Afrika ölkələrində malyariya, polimelit və digər xəstəliklərlə mübarizəyə təsir edəcək, pandemiyalar baş qaldıra bilər. Beləliklə, çox sayda insan sadə tibbi xidmətə çıxışdan məhrum olacaq. ABŞ-nin ÜST-ə maliyyəsinin dayanmasının nəticəsidir ki, Efiopiyada ana və uşaq ölümləri artıb, Banqladeşdə hepatitlər yayılıb. Malyariyaya yoluxanların sayı 15 milyon nəfər arta bilər. Biz ABŞ-dən xahiş edirik ki, əlavə maliyyə tapılana qədər maliyyələşdirməni davam etdirsin”.

Poliqon.info

Избранный
2
4
poliqon.info

5Источники