“Yeni Klinika”nın əməkdaşları əməkhaqqılarının gecikməsindən şikayətçidirlər.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir.
“Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əməkhaqqını almamışıq. Əməkhaqqılarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Maaşların ləngiməsi isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur”.
“Yeni Klinika”nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova Oxu.Az-ın mövzu ilə bağlı sorğusunu gün ərzində cavablandıracağını bildirsə də, sonradan heç bir cavab vermədi.