RU

İzmir'də FETÖ əməliyyatı 8 nəfər saxlanıldı

Türkiyənin İzmir şəhərində FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı 8 şübhəli saxlanılıb.

Redaktor.az xəbər verir ki, İzmir Baş Prokurorluğu Terror Cinayətlərinə qarşı İstintaq Bürosunun apardığı araşdırmalarda "ByLock" istifadəçisi olduğu müəyyən edilən, təşkilat üzvü olmaqda şübhəli bilinən, FETÖ ilə əlaqəli qurumlarda çalışmış, Bank Asya hesablarında hərəkətlilik qeydə alınan və qadağan edilmiş qurumların bağlanmasına etiraz aksiyalarında iştirak edən 10 nəfər barəsində həbs qərarı verilib.

Polis, şəhər mərkəzi ilə birlikdə Torbalı və Urla rayonlarında müəyyən edilən ünvanlara əməliyyat keçirib və 8 şübhəlini saxlayıb.

Digər 2 nəfərin ölkə xaricində olduğu müəyyən edilib.

Kənan YUSİF 

Избранный
31
redaktor.az

1Источники