Almaniya XİN Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılaşmasını alqışlayıb.
"Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılaşması ümidverici bir xəbərdir".
Operativ Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
"Onilliklər sonra davamlı sülhün artıq əlçatan olması region və dünya üçün böyük əhəmiyyət kəsb edir. Bu yolu biz hər iki ölkə ilə birgə müşayiət etdik. İndi hər iki tərəfi sülh müqaviləsini imzalamağa çağırıram", - o, qeyd edib.