Bakı. Trend:
12-ci Qlobal Bakı Forumu çərçivəsində “Sülhə aparan yol”mövzusunda panel müzakirələri keçirilir.
Trend xəbər verirki, müzakirələrdə 2015–2020-ci illərdə Xorvatiyanın prezidentiolmuş Kolinda Qrabar-Kitaroviç, 2006–2009-cu illərdə İsrailin başnaziri vəzifəsində çalışmış Ehud Olmert, NGIC-in həmsədri,1992–2000-ci illərdə Dünya Bankının vitse-prezidenti olmuş İsmayılSeragəldin, 2006–2009-cu illərdə İsrailin baş nazir müavini vəxarici işlər naziri, 2013–2014-cü illərdə ədliyyə nazirivəzifələrini tutmuş Tsipi Livni, 2005–2010-cu illərdə Ukraynanınbirinci xanımı olmuş Katerina Yuşenko, 1998–2002 və 2018–2023-cüillərdə Monteneqronun prezidenti olmuş Milo Cukanoviç, 2002–2007-ciillərdə Türkiyə Böyük Millət Məclisinin sədri, 2009–2015-ci illərdəTürkiyənin baş nazir müavini və hökumət sözçüsü olmuş Bülənt Arınç,BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti olmuşMiroslav Layçak, ABŞ-ın Böyük Britaniyadakı keçmiş səfiri vəWPP-nin keçmiş sədri Filip Leyde iştirak edirlər.
Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.