RU

ABŞ-nin xüsusi nümayəndəsi Kremldə - Putin Trampa nələri çatdırdı?

Martın 13-də axşam Rusiya prezidenti Vladimir Putin ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkofu qəbul edib və onun vasitəsilə ABŞ prezidenti Donald Trampa məlumat çatdırıb.

News24.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Dünən axşam saatlarında o (Uitkof- red.) artıq prezident Putin tərəfindən qəbul edilib və Rusiya tərəfinə əlavə məlumat verilib. Putin Uhitkof vasitəsilə prezident Trampa məlumat və əlavə siqnallar ötürdü”, – Peskov bildirib.

Onun sözlərinə görə, “ehtiyatlı optimist olmaq üçün səbəblər var”.

“Dünən prezident Putindən çox vacib bir bəyanat eşitdiniz. Jurnalistlərin suallarını cavablandırarkən, o, prezident Trampın nizamlanma ilə bağlı mövqeyini dəstəklədiyini deyib: “Beləliklə, bəli, həqiqətən də görüləcək çox şey var, lakin buna baxmayaraq, prezident Trampın mövqeyi ilə həmrəy olduğunu bildirib”, - Kremlin sözçüsü qeyd edib.

Rusiya prezidenti bir gün əvvəl jurnalistlərin suallarını cavablandırarkən ABŞ prezidenti Donald Trampa sülhün nizamlanmasında iştirakına görə təşəkkür edib və atəşkəs ideyasını dəstəklədiyini bildirib.

Məryəm İlhamqızı


Избранный
40
news24.az

1Источники