RU

Temperatur 30 dərəcəyə yüksələcək, dumanlı hava davam edəcək

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Bildirilib ki, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

Избранный
4
29
ucnoqta.az

10Источники