Londonun "Arsenal" klubu əsas komandanın məşqlərinə 15 yaşlı Maks Doumanı cəlb edib.
Offsideplus.az xəbər verir ki, yeniyetmə futbolçu İngiltərə Premyer Liqasının növbəti turunda "Çelsi"yə qarşı görüşün hazırlıq prosesinə qoşulub. Yarımmüdafiəçinin martın 16-da keçiriləcək derbidə oynamaq şansı var.
Douman "Arsenal"ın U-15 komandasının üzvüdür. Yaxın vaxtlarda onun U-18-ə keçiriləcəyi gözləilir.
Futbolçu eyni zamanda, İngiltərənin U-17 yığmasının şərəfini qoruyur.