Bakı, TurkicWorld
İtaliya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
TurkicWorld xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
"İtaliya hökuməti regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün normallaşma prosesinə dəstəyini davam etdirəcək", - deyə paylaşımda bildirilib.