RU

Bəşir Süleymanlı və Məmməd Alpay həbs olunub - YENİLƏNİB

Bəşir Süleymanlı ilə birgə saxlanılan "Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) həbs edilib.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Məmməd Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

21:13

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Избранный
26
15
apa.az

10Источники