RU

Fərqində olmadan etdiyiniz 7 bədən dili səhvi – Qarşı tərəfdə mənfi təsir yaradır

Fərqində olmadan etdiyiniz 7 bədən dili səhvi –

Bədən dili ünsiyyətin vacib hissəsidir və bəzi səhvlər qarşı tərəfdə yanlış təsir yarada bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, psixoterapevt Sofiya Spenserin fikrincə, ən çox rast gəlinən bədən dili səhvlərindən biri qolları çarpazlaşdırmaqdır, bu, soyuqqanlı və ünsiyyətdən uzaq bir görüntü yaradır.

Daim bir obyektə baxmaq və ya ətrafa nəzər salmaq isə maraqsızlıq və narahatlıq kimi qəbul edilə bilər.

Göz təması qurmamaq və ya diqqəti başqa yerə yönəltmək ünsiyyəti zəiflədir, telefon istifadəsi isə qarşı tərəfi dəyərsiz hiss etdirir.

Əlləri başın arxasına qoymaq rahatlıq ifadə etsə də, peşəkar şəraitdə hörmətsiz yanaşma kimi başa düşülə bilər.

Oturarkən və ya ayaq üstə dayanarkən diqqətsiz durmaq – məsələn, yerə və ya stula əyilmək – söhbətə marağın olmaması təsiri bağışlayır.

Bədən dilinə həddən artıq diqqət yetirib süni görünməyə çalışmaq da qeyri-səmimi təsir bağışlaya bilər.

Ünsiyyət zamanı həddindən artıq ciddi ifadə də münasib deyil. Qarşı tərəfə pozitiv mesaj vermək üçün təbii və ahəngdar bədən dili istifadə olunmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
28
e-saglam.az

1Источники