RU

Dünya fond birjalarında əsas indekslərdə yenidən artım müşahidə edilib

Martın 14-də dünya fond birjalarında əsas indekslərdə yenidən artım müşahidə edilib.

"APA-Economics"in məlumatına görə, Amerika fond bazarlarında Dow Jones indeksi 1.65% – 41,488.19 bəndədək, S&P 500 indeksi 2.13% – 6,025.99 bəndədək, Nasdaq indeksi isə 2.61% – 17,754.09 bəndədək artıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0.31% – 8,700.53 bəndədək, Almaniyanın DAX indeksi 1.86% – 22,986.82 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.13% – 8,028.28 bəndədək yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.25% artaraq 1.0879 dollar təşkil edib.

Избранный
10
apa.az

1Источники