RU

“Qarabağ” “Kəpəz”ə, “Sabah” isə “Zirə"yəqarşı

Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

“Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. “Sabah” isə evdə “Zirə”ni qəbul edəcək.

Qeyd edək ki, tura 16 martda yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXVII tur
15 mart

17:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu

19:30. “Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayılov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bank Respublika Arena

Избранный
46
9
redaktor.az

10Источники