RU

Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstanla üz-üzə gələcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gələcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri qarşılaşacaq.

Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.

Избранный
12
7
ikisahil.az

8Источники