RU

Rusiya təyyarələri Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub

Rusiya təyyarələri Yapon dənizi ərazisində Seul tərəfindən birtərəfli qaydada yaradılan hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, təyyarələr yerli vaxtla saat 09:20 radələrində (Moskva vaxtı ilə 03:20) əraziyə daxil olub və zonanı tərk edib.

Buna cavab olaraq Cənubi Koreya tərəfi döyüş təyyarələrini havaya qaldırıb.

Bununla belə, Seul Rusiya tərəfinin hava məkanını pozmaq niyyətində olmadığını açıqlayıb.

Qeyd edək ki, hava hücumundan müdafiə identifikasiyası zonası Seul tərəfindən birtərəfli qaydada yaradılıb və digər dövlətlər üçün hüquqi öhdəliklər yaratmır. Koreya Respublikası bu ərazidə hava gəmilərinin uçması barədə bildiriş tələb edir və hava məkanı pozulmasa belə, müntəzəm olaraq təyyarələri havaya qaldırır.

Избранный
28
5
qafqazinfo.az

6Источники