Azərbaycan Basketbol Liqasında XVIII turun daha üç oyunu bu gün keçiriləcək.
Korrespondent.az xəbər verir ki, ilk matç "Gəncə" və "Ordu" kollektivləri arasında baş tutacaq.
Gəncə İdman Sarayındakı qarşılaşma saat 14:00-da başlayacaq.
Bu görüşdən 2 saat sonra "Sabah" "Abşeron"la üz-üz gələcək. Saat 19:00-da "Naxçıvan" "Sərhədçi" ilə qarşılaşacaq. Hər iki oyun "Sərhədçi" İdman Mərkəzində reallaşacaq.
A qrupuna 30 xalla "Sabah" başçılıq edir. 28 xalı olan "Naxçıvan" ikinci, "Abşeron" 24 xalla dördüncüdür. 23 xalı olan "Sərhədçi" isə beşinci sırada yer alıb.
B qrupunda "Gəncə" 30 xalla ikinci sırada qərarlaşıb. Qərb təmsilçisindən 2 xal geri qalan "Ordu" kollektivi üçüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.