RU

Meksikada 5,5 maqnitudada zəlzələ olub

Meksikada 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 225 min nəfərə yaxın əhalisi olan Oaxaka şəhərindən 77 km şimal-şərqdə, ocağı 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

"Reuters” agentliyi hadisə şahidlərinə istinadən Mexikoda zəlzələ həyəcanı barədə məlumat yayıb.
 
 
 

Избранный
22
13
7news.az

10Источники