RU

Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası... - XİN

Azərbaycan Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını böyük məmnuniyyətlə qarşılayır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu tarixi saziş, iki ölkə arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək və Mərkəzi Asiyanın sabitliyi və rifahına mühüm töhfə verəcəkdir. Biz hər iki qardaş ölkəni bu əlamətdar nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edirik”, - məlumatda bildirilib.

Избранный
25
1
axar.az

2Источники