RU

Fariz Cəfərov: Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb. Bizim üçün vətəndaşların rəqəmsal biliklərinin artırılması çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi nəzdində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov XII Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel iclasında çıxışında deyib.

“İnsanların süni zəkadan faydalanması üçün Azərbaycanda çox unikal sistem yaratmışıq. Hazırda biz 4SİM olaraq İqtisadiyyat Nazirliyi və Vergi Xidmətinin “Çağrı mərkəzi”ndə zənglərin araşdırılması üçün məhz süni zəkanın tətbiqi üzərində işləyirik. Bir sıra sahələrdə Azərbaycanda artıq süni zəka tətbiq olunur. Vətəndaşların üzünün tanınması proqramını istifadəyə vermişik. Hazırda milyona yaxın vətəndaş bu proqramdan istifadə edir”, - deyə F.Cəfərov əlavə edib.

 

Избранный
24
azertag.az

1Источники