RU

Bolqarıstanın keçmiş prezidenti Süni İntellektin fəaliyyətinin nizamlanmasının vacibliyini vurğulayıb

Bakı. Trend:

Qarşımızda bir sual dayanır: Süni İntellekti necə nizamlayaq ki,onun inkişafını yavaşlatmayaq, əksinə - stimullaşdıraq.

Trend xəbərverir ki, bunu bu gün 2012-2017-ci illərdə Bolqarıstanın prezidentiolmuş Rosen Plevneliyev XII Bakı Qlobal Forumu çərçivəsindəkeçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panelmüzakirəsində etdiyi çıxışda bildirib.

“Süni İntellekt vətəndaş cəmiyyəti və demokratiya üçün güclüalətə çevrilə, gənclərin daha məlumatlı, daha fəal olmasına, lazımıbiliklər əldə etməsinə yardımçı ola bilər. Təhsil sahəsində o artıqoyun qaydalarını dəyişməkdədir: bugün istənilən tələbə - haradayaşamasından asılı olmayaraq –Süni İntellekt, virtual vəauqmentasiyalı reallıqdan istifadə etməklə dünyanın aparıcıuniversitetlərinin verdiyi təhsillə bərabər səviyyədə olan ən yaxşıtədris proqramına çıxış əldə edə bilər.

Qarşımızda belə bir sual dayanıb. Süni İntellekti necənizamlayaq ki, onun inkişafını yavaşlatmayaq, əksinə -stimullaşdıraq, bununla belə ona nəzarət də edə bilək?Biz 30 iləvvəl internetin meydana gəlməsinə şahidlik etdik, 20 il əvvəlmobil texnologiyaları ortaya çıxdı, 10 il əvvəl isəelektromobillər. Bütün bunlar nizamlanma prosesindən keçib”,- deyəo bildirib.

O ilk dəfə olaraq Avropa İttifaqının Süni intellektlə bağlıqanun qəbul etdiyini qeyd edib. Texnoloji şirkətlər 2026-cı ilinaprel ayına kimi öz fəaliyyətlərini yeni normalarauyğunlaşdırmalıdırlar.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Избранный
32
2
az.trend.az

3Источники