Türkiyənin "Trabzonspor" klubu yeni baş məşqçi Fatih Tekkenin rəhbərliyi altında bu gün ilk oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, qaradənizlilər Türkiyə Suerliqasında İstanbulda "Başakşehir"ə qarşı mübarizə aparacaqlar.
Bu oyunda Fatih Tekkeni heç də asan iş gözləmir. Məsələ burasındadır ki, "Trabsonzpor" cari mövsüm çempionatda səfər qələbəsi görməyən yeganə komandadır (5 heç-heçə, 7 məğlubiyyət). Sözüdegən klub axırıncı dəfə 301 gün əvvəl səfərdən qalibiyyətlə dönüb. Həmin vaxt "Trabzonspor" elə bugünkü rəqibi "Başakşehir"i üstələyib.
Xaırladaq ki, Fatih Tekke baş məşqçi postunda Şenol Güneşi əvəzləyib. Uğursuz mövsüm keçirən "Trabzonspor" Super Liqada 11-ci yeri tutur.