RU

Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukrayna münaqişəsinin həlli ilə bağlı təmasların hazırkı mərhələsində Ukrayna ərazisinin 25%-i məsələsi müzakirə olunur".
Oxu.Az-ın NTV telekanalına istinadən xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç belə bir bəyanatla çıxış edib.
"Vəziyyət son dərəcə sürətlə inkişaf edir. Bəzi məsələlərdə irəliləyiş əldə edilir, sonra yenidən nəzərdən keçirilir. Amma əsas problem etibarın itirilməsidir. Heç kim heç kimə güvənmir. 2022-ci ildən bu yana hər iki tərəf Türkiyədə iki dəfə görüşüb və bu danışıqlarda xeyli məsafə qət olunub. Lakin hazırda bəzi siyasətçilərin hərəkətləri ucbatından vəziyyət müharibənin davam etdirilməsinə doğru yol alıb", - deyə o bildirib.
"Hazırda müzakirə olunan şərtlər, onların hansı əraziləri və regionları əhatə etdiyi daim nəzərdən keçirilir. Əgər 2022-ci ildə söhbət Ukrayna ərazisinin üç faizindən gedirdisə, indi bu, təxminən 25%-dir", - deyə Akif Çağatay Kılıç iddia edib.
"Lakin indi bir şey tamamilə aydındır - müharibəni başa çatdırmaq lazımdır. Və bu ideya ətrafında razılıq əldə edilib. Ukrayna əziyyət çəkir, Rusiya problemlərlə üzləşir. Bütün bunlarda ABŞ və Avropa öz yerlərini axtarırlar. Hazırkı vəziyyətdən çıxış yolunun tapılması prosesi gedir. Liderlərinin göstərişi ilə hərəkət edən nümayəndə heyətlərinin intensiv işi davam edir. Sözsüz ki, mütləq qərarlar rəhbərlər tərəfindən şəxsi görüşdə qəbul ediləcək, lakin bundan əvvəl bu qərarları ən yaxşı şəkildə hazırlamaq üçün bir yol keçmək lazımdır", - deyə Kılıç qeyd edib.
Избранный
26
50
oxu.az

10Источники