Yaponiyada 2025-ci ildə iri şirkətlərdə maaş artımı 30 ildən çox müddətdə maksimum həddə sürətlənəcək.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin ən böyük həmkarlar ittifaqı birliyi olan Yaponiya Ticarət Həmkarlar İttifaqı Konfederasiyasının (Rengo) məlumatına görə, maaşlar orta hesabla 5,46% artırılacaq. Bu, 1991-ci ildən bəri ən yüksək göstəricidir. 2024-cü ildə maaşlar orta hesabla 5,1% artmışdı.

Bu həftənin əvvəlində “şunto” kimi tanınan iri Yapon şirkətləri ilə həmkarlar ittifaqları arasında illik yaz danışıqları başa çatıb.

ABŞ-ın “The Wall Street Journal” nəşri yazır ki, ənənəvi olaraq onların nəticələri Yaponiyada işçi qüvvəsinin əsas hissəsini təşkil edən daha kiçik şirkətlərdə maaş müzakirələri üçün ton təyin edir.

“Rengo” nəşri isə bildirirdi ki, birliyə daxil olan həmkarlar ittifaqları orta hesabla 6,09% maaş artımı tələb edirdilər.