RU

Trampın “savaşı 24 saata bitərərəm” vədi: Zarafat etdiyini açıqladı

ABŞ prezidenti Donald Trampın sabah yayımlanacaq “Full Measure” televiziya proqramına verdiyi müsahibənin treyleri paylaşılıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, anonsda Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirəcəyinə dair vədi barədə suala cavabı yer alıb.

"Bunu istehza mənasında demişdim. Demək istədiyim o idi ki, bunu bitirmək istəyirəm və uğur qazanacağımı düşünürəm", - deyə Tramp bildirib.

Rusiyanın atəşkəsi qəbul etməyəcəyi ehtimalı ilə bağlı Tramp bunun “pis xəbər” olduğunu qeyd edib: "Ancaq düşünürəm ki, Putin bunu qəbul edəcək. Mən onu yaxşı tanıyıram və o, bunu qəbul edəcək".

Xatırladaq ki, Donald Tramp seçki kampaniyası zamanı Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirə biləcəyini iddia etmişdi

Избранный
0
2
qaziler.az

3Источники