RU

ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib

Prezident Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etdiyini bildirib.

APA xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında bildirib.

Bundan sonra ABŞ Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.

“New York Times” iki yüksək rütbəli ABŞ rəsmisinə istinadən yazıb ki, zərbələrin ABŞ Prezidenti Donald Trampın əmri ilə həyata keçirilib.

Məlumata görə, ABŞ husi hədəflərinə radarları, hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini vuraraq iri hava və dəniz qüvvələrinə zərbələr endirib.

Zərbələrin husilərin hücumları nəticəsində pozulan Qırmızı dəniz gəmi yollarını yenidən açmaq məqsədi daşıdığı qeyd edilir.

Husilərə məxsus “Al Masirah” telekanalı da paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.

ABŞ rəsmiləri bildiriblər ki, Trampın ikinci səlahiyyət müddətinin ən əhəmiyyətli hərbi əməliyyatı olan bombalanma həm də xəbərdarlıq siqnalı göndərmək məqsədi daşıyır.

Избранный
5
14
apa.az

10Источники