"Zirə" Misli premyer-liqasının 28-ci tur matçında "Sabah"ın meydanında heç-heçə etdi - 1:1.
"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rışad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Gözlədiyimiz kimi çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi, böyük qüvvə ilə hücum etmirdi. Rəqibin vurduğu qola qədər qol epizodu yox idi. Uzaqdan zərbədən qol vuruldu. Sekidikanın zərbələri yaxşıdı. Fasilədə toparlanıb, daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olsun ki, qol vurduq. Qalan dəqiqələrdə bərabərsəviyyəli oyun oldu. Bəlkə də ədalətli nəticə heç-heçə idi.
- Qış fasiləsindən sonra müsbət yöndə davam edirsiz. İndi çempionatda fasilə yaranır. Bu fasilə sizə necə təsir edəcək?
- Bəzən uğurlu getdikdə, fasilə olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. Bilmirəm fasilə xeyrimizə, ya zərərimizə olacaq. Komanda yorğundu, bəzi futbolçularda bunu hiss etdik. Fasilədən səmərəli istifadə edəcəyik. Beşinci ildi ki, məşqçi işləyirəm. Həlledici dövrə 4-cüdü. Ən vacib mərhələ bizi gözləyir.
- İsmayıl İbrahimlinin milliyə dəvət edilməsi haqda nə deyəcəksiz?
- İsmayılın adına sevindim. Ümid edirəm ki, millidə möhkəmlənər.
- Salifu Sumanın adı son zamanlar xeyli klubla hallanır. Bunun onun performansına təsiri var?
- Bugünə qədər ona təsir etmirdi. Amma bugünkü oyundan danışırıqsa, açıq-aşkar görünürdü ki, "Sabah" Sumaya qarşı müəyyən tədbirlər görüb. Onun reydlərinin qarşısı alınırdı. İstəkli idi. Məncə, Sumada daha çox yorğunluq var idi. Əvəz olunmadan ən çox oynayan oyunçudu. Ruan və Qisməti də deyə bilərəm. Fasilənin onun üçün xeyri ola bilər.
- Millinin qarşıdakı iki oyunu haqda fikriniz necədi?
- Məşqçi üçün yaxşı fürsətdi. Burda nəticə o qədər də önəmli deyil. İnşallah, millimiz bu müddət ərzində səmərəli və faydalı zaman keçirəcək.
- Ayxan Abbasovun U-21 yığmasına baş məşqçi təyinatı ilə bağlı fikriniz necədi?
- Ayxanın adına və futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə məndən də soruşsaydız, Ayxan Abbasovun adını deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. "Şamaxı" avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта