AZ

Rəşad Sadıqov: “Bəlkə də ədalətli nəticə heç-heçə idi"

"Gözlədiyimiz kimi çətin oyun alındı. İlkdəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdilər, böyük qüvvə ilə hücum etmirdi. Rəqibin vurduğu qola qədər heç bir komandada qol epizodu yox idi. Uzaqdan zərbə vuruldu. Sekidikanın zərbələri yaxşıdır. Rekaşet də oldu, qapımızda qolla nəticələndi. Fasilədə toparlanıb, daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olsun ki, qol vurduq. O dəqiqələrdən sonra bir hücum "Sabah"ın, bir hücum "Zirə"nin qapısında idi, bərabər şəraitdə oyun keçirdi. Bəlkə də ədalətli nəticə heç-heçə idi".

- Qış fasiləsindən sonra müsbət tonusda davam edirsiz. Fasilə yaranır. Sizə necə təsir edəcək?

- Bəzən uğurlu getdikdə, fasilə olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. bilmirəm fasilə xeyrimiz, ya zərərimizə olacaq. Komanda yorğundur, bəzi futbolçularda bunu hiss etdik. Fasilədən səmərəli istifadə edəcəyik. Beşinci ildir ki, məşqçi işləyirəm. Həlledici dövrə 4-cüdür. Ən vacib mərhələ bizi gözləyir.

- İsmayıl İbrahimlinin milliyə dəvət edilməsi haqda nə deyəcəksiz?

- İsmayılın adına sevindim. Ümid edirəm ki, millidə möhkəmlənər.

- Salifu Sumanın adı son zamanlar çox klublara hallanır. Bunun onun performansına təsiri var?

- Bugünə qədər onu təsir etməmişəm. Amma bugünkü oyundan danışırıqsa, açıq aşkar görünürdü ki, "Sabah" ona qarşı müəyyən tədbirlər görmüşdü. Onun reydlərinin qarşısı alınırdı. İstəkli idi. Məncə, Sumada daha çox yorğunluq var idi. Əvəzolunmadan ən çox oynayan oyunçudur. Ruan və Qisməti də deyə bilərəm. Fasilənin onun üçün xeyir ola bilər.

- Millinin qarşıdakı iki oyunu haqda fikriniz necədir?

- Yaxşı fürsətdir məşqçi üçün. Burada nəticə o qədər də önəmli deyil. Rəsmi oyunlar öncəsi futbolçuları sınaqdan keçirmək üçün yaxşı fürsət olacaq. Allah qoysa, bu müddət ərzində millimiz səmərəli və faydalı period keçirəcək.

- Ayxan Abbasovun U-21 yığmasına baş məşqçi təyinatı ilə bağı fikriniz necədir?

- Ayxanın adına və futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə də məndən də soruşsaydınız, ən real namizədi, mən də Ayxan Abbasov deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. "Şamaxı" avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidir.

Millimiz Bolqarıstanı məğlub etdi

U21 millimizin heyəti açıqlandı

Kamal Umudlu Əvəzedicilər Liqasında

Millimizin heyəti bəlli oldu

Renat oynadı, komandası qalib gəldi

Seçilən
5
8
apasport.az

9Mənbələr