RU

ABŞ Dövlət katibi Lavrovla telefon danışığı aparıb

Dövlət katibi, Lavrova ABŞ-nin Yəməndə husilərə qarşı hərbi əməliyyatı barədə məlumat verib.

ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departament aydınlaşdırıb ki, Rubio və Lavrov Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra gələcək addımları müzakirə ediblər və ABŞ və Rusiya arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Dövlət katibi, həmçinin Lavrova ABŞ-ın Yəməndə husilərə qarşı hərbi əməliyyatı barədə məlumat verib.

Избранный
14
7
operativmedia.az

8Источники