RU

Narkobaron klinikada həbs edildi - Tanınmamaq üçün simasında dəyişiklik edəcəkdi

"61 yaşlı Çokolate cinayətkar qruplaşmanın üç ən tanınmış üzvündən biridir..."
 
Braziliyada narkobaron polis diqqətindən kənarda qalmaq üçün üzünü dəyişdirdiyi klinikada həbs edilib.
 
Bu barədə NTK ("Nezavisimıy Televizionnıy Kanal"- Qazaxıstan) nəşri məlumat yayıb.
 
Luis Karlos Lomba martın 13-də gözəllik klinikasında təkrar müayinəyə gələrkən həbs edilib. O, hüquq-mühafizə orqanlarının diqqətini çəkməmək üçün burada üz harmonizasiyası prosedurundan keçib.
 
Bu barədə yerli mediaya polis rəisi Felipi Kuri məlumat verib: "Polis onu uzun illərdir izləyib. O, klinikada kosmetik prosedurlar- üz harmonizasiyası və saç əkimi etdirib, çünki keçəlləşib. Bütün bunlar ifşa olunmamaq üçün edilib. O, ictimaiyyətə çıxmayıb və şəkil çəkdirməkdən yayınıb".
 
"Lombaya Çokolate ləqəbi verilib və o, Rio-de-Janeyronun şimal-şərqində yerləşən İtaperun şəhərində polis əməliyyatı çərçivəsində saxlanılıb.
 
Əməliyyatda 700-dən çox polis iştirak edib və o, oğurluq, quldurluq məqsədilə adamöldürmə və oğurlanmış əmlakın əldə edilməsi kimi cinayətlərdə ittiham olunan qaçaqlara qarşı yönəlib. Əməliyyat nəticəsində Rio-de-Janeyro ştatında 600-dən çox şəxs həbs edilib.
Polisin məlumatına görə, 61 yaşlı Çokolate "Terceiro Comando Puro" cinayətkar qruplaşmasının üç ən tanınmış üzvündən biridir. Bu təşkilat 23 il əvvəl Rio-de-Janeyronun Mare favellasında yaradılıb. Polis bildirir ki, Luisin vəzifəsi qruplaşmanın satdığı kokainin keyfiyyətini qiymətləndirmək olub və o, bir növ "kimyaçı" kimi fəaliyyət göstərib.
 
Kuri bildirib: "O, narkobiznesdə çox az adamın sahib olduğu biliklərə malik olub. O, bir kiloqram kokaini altı-yeddi kiloqrama qədər artıra bilib. O, hər kiloqram üçün təxminən 1 000 real (170 dollar) qazanıb və Mare bölgəsində satılan narkotiklərin miqdarı nəhəngdir".
 
Son vaxtlar Çokolate öz vəzifəsini icra etməyi qrupun digər bir üzvünə öyrədib. Bu ona İtaperun şəhərinə köçərək uzaqdan öz dəstəsinə göstərişlər verməyə imkan yaradıb.
 
2024-cü ildə ona qarşı mütəşəkkil cinayətkarlıq və quldurluq ittihamları ilə həbsi nəzərdə tutan order verilib. Lakin o, ümumilikdə ən azı 35 cinayət işi üzrə istintaq altındadır.
 
Təəccüblüdür ki, yeniyetməlik illərindən narkotik ticarətində iştirak etməsinə baxmayaraq, Lomba ilk dəfədir ki, həbs olunub. Kuri deyib: "O, uzun illər polisin axtardığı cinayətkarlardan biri olub".
Избранный
8
moderator.az

1Источники