RU

Yaponiya Kyuşuda uzaqmənzilli raketlər yerləşdirməyi planlaşdırır

Bakı. Trend:

Yaponiya hökuməti cənub-qərbdəki Kyuşu adasında uzaqmənzilliraketlər yerləşdirməyi nəzərdən keçirir.

Trend-in Kyodoagentliyinə istinadən verdiyi məlumata görə, bu addım yerlisakinlər arasında narahatlıq doğurub, çünki raketlərin potensialdüşmən hədəfinə çevrilə biləcəyi ehtimal edilir. Söhbət təxminən1000 km məsafəyə çata bilən, modernləşdirilmiş “Yer-gəmi” tipli“Tip-12” raketlərindən gedir.

Əgər raketlər Kyuşuya yerləşdirilərsə, onların uçuş məsafəsinəKoreya Xalq Demokratik Respublikası və Çinin sahilyanı əraziləridüşəcək. Yerləşdirmənin 2026-cı ilin martında başlamasıplanlaşdırılır.

Bununla yanaşı, Kyodo agentliyi bildirir ki, Yaponiya hökumətibu tip raketləri Çinə daha yaxın olan Okinava adasında yerləşdirməkehtimalını az hesab edir, çünki bu addım Tokio ilə Pekin arasındagərginliyi artıra bilər.

Избранный
18
1
az.trend.az

2Источники