"Ənsar Allah" hərəkatı üsyançılarının (husilər) nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-ın endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi özünün sosial şəbəkə hesabında bildirib.
“İlkin məlumatlara görə, ABŞ-ın Səna, Səada, Əl-Bayda əyalətləri və Radaa şəhərinin mülki və yaşayış məntəqələrinə hücumu nəticəsində 31 nəfər həlak olub, 101 nəfər yaralanıb”, - o deyib.
Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.
Amma o bununla kifayətlənməyib. ABŞ Prezidenti Yəməndəki husi qüvvələrinə endirilən zərbələri şəxsən izləyib.