
Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.52 kq çəki dərəcəsində çıxış edən dmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb.Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.
Diqqət Çəkənlər
Azərbaycanlı pianoçu Londonda solo konsert verib - VİDEO
Test: Psixoloji yaşınız neçədir?
"Amerikanın Səsi" inzibati məzuniyyətə göndərildi