Bu gün İngiltərə Liqa kubokunun finalı keçirilib.
QOL.az xəbər verir ki, turnirin həlledici mərhələsində "Liverpul" "Nyukasl"la qarşılaşıb. Matç Londonda, "Uembli" stadionunda keçirilib.
Görüş mersisaydlıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, "Nyukasl" kubokun qalibi olub.
"Liverpul" - "Nyukasl" - 1:2
Qollar: Çyeza, 90+4 - Börn, 45, İsak, 52