RU

Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? - AÇIQLAMA

Bakı-Tbilisi-Bakı dəmir yolu reysi ilə qatarlarının hərəkətinin bərpası ilə bağlı hələ qərar qəbul edilməyib.

Day.Az xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik", - o bildirib.

Xatırladaq ki, daha öncə Gürcüstanın baş naziri İrakli Kobazidze Dubaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirmişdi ki, Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.

Избранный
26
7
day.az

8Источники