RU

Serbiyada “Maydan” olmayacaq –  Aleksandr Vuçiç

Serbiyada etirazlar fonunda dövlət başçısı Aleksandr Vuçiç ölkədə “Maydan”ın mümkünsüz olduğunu deyib. Onun sözlərinə görə, ölkə sabitliyi pozmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, onu qoruyub saxlaya bilib.

Vuçiç bu barədə İnstaqramda videomüraciətində bildirib. “Maydanın surəti işləməyəcək! “Serbiya qalib gələcək!” – nəşrin başlığında deyilir.

Prezidentin sözlərinə görə, Serbiya hakimiyyəti etirazçılara qarşı səs topundan istifadə etməyib. Aleksandar Vuçiç qeyd edib: “Siz daha bir şər yalan uydurmusunuz, onun köməyi ilə Serbiyanı parçalaya biləcəyinizi düşünürsünüz”. Bu iş üzrə istintaq 48 saat ərzində yekunlaşacaq.

Xatırladaq ki bu gün, martın 17-də Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko bəyan edib ki, Serbiya hakimiyyəti eskalasiyanın və ölkənin kəskin böhranlı qarşıdurmaya sürüşməsinin qarşısını ala bilib.

Samir Qurbanov, Editor.az

Избранный
13
editor.az

1Источники