RU

Fransa Azadlıq heykəlini geri istədi

Jurnalistlərlə keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karolin Levit fransalı deputatın Azadlıq heykəlinin geri qaytarılması tələblərinə münasibət bildirib və ABŞ-nin Fransa qarşısında xidmətlərini xatırladıb.

"Unikal" xəbər verir ki, Levitt bildirib ki, Birləşmiş Ştatlar "abidini geri qaytarmaq niyyətində deyil".

"Adı açıqlanmayan aşağı səviyyəli bir fransız siyasətçisinə tövsiyəm onlara xatırlatmaqdır ki, fransızların bu gün almanca danışa bilməməsi yalnız ABŞ-yə görədir", - deyə sözçü qeyd edib.

Bir gün əvvəl Fransa parlamentinin deputatı Rafael Qlyuksman "Place publique (İctimai Yer)" partiyasının konqresində çıxışı zamanı Ağ Ev rəhbəri Donald Trampın qərarlarını tənqid edib və ABŞ-dən Azadlıq heykəlini geri qaytarmağı tələb edib.

Azadlıq heykəli fransız Oqyust Bartoldi tərəfindən yaradılmış və 28 oktyabr 1886-cı ildə Amerika müstəqilliyinin yüzilliyi münasibətilə ABŞ-a təqdim edilib. O, 1885-ci il iyunun 17-də Fransız freqatı "Isere" ilə Nyu-York limanına aparılıb. Daşınmaq üçün heykəl 350 hissəyə sökülüb 214 qutuya yığılıb və dörd ay ərzində yeni bazasında yenidən yığılıb. Abidə şairə Emma Lazarusun “Yeni Koloss” sonetinin qəhrəmanını təsvir edir: o, ayağı ilə qırıq qandalları dayaqlayır, sağ əlində məşəl, solunda isə üzərində ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul olunma tarixi həkk olunmuş lövhəni tutur: JULY IV M DCCL XXVI (4 iyul 1776). 

1984-cü ildə Azadlıq heykəli YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. 

Nuranə Abbasova 

Избранный
13
50
unikal.az

10Источники