RU

Qəzza yenidən bombalandı - 200 nəfər ÖLDÜ

İsrail Qəzzaya ağır zərbələr endirib.
 
Fələstin Səhiyyə Nazirliyi aviazərbələr nəticəsində 200 nəfərin həlak olduğunu bildirib.
 
Hava hücumları çərşənbə axşamı səhər saatlarında, yanvar ayında başlayan atəşkəsin uzadılması ilə bağlı aparılan danışıqların nəticəsiz qalması fonunda həyata keçirilib.
 
Zərbələrin əsas hədəfləri Qəzzanın şimalı, Qəzza şəhəri, Deyr əl-Balah, Xan Yunis və Rafah olub.
 
İsrail ordusu bəyan edib ki, hücumlar lazım olduğu qədər davam edəcək və yalnız hava hücumları ilə məhdudlaşmayacaq, bu isə qurudan əməliyyatların yenidən başlaya biləcəyi ehtimalını artırır.
 
Xan Yunisdəki Nasser Xəstəxanası, Mərkəzi Qəzzada yerləşən Əl-Əqsa Xəstəxanası və Qəzza şəhərindəki Əl-Əhli Xəstəxanası ümumilikdə 85 cəsəd qəbul etdiklərini açıqlayıb. 
 
HƏMAS İsrailin atəşkəs razılaşmasını pozduğunu və Qəzzada saxlanılan 59 girovun taleyinin qeyri-müəyyən qaldığını açıqlayıb. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi isə HƏMAS-ı girovları azad etməməkdə ittiham edob, ABŞ-ın Orta Şərq üzrə xüsusi elçisinin təqdim etdiyi təklifləri rədd etdiyini iddia edib. “İsrail bundan sonra HƏMAS-a qarşı hərbi gücünü artıracaq,” - deyə hökumət açıqlama yayıb.
 
Vaşinqtondan verilən açıqlamada İsrailin hücumdan əvvəl ABŞ administrasiyası ilə məsləhətləşdiyi bildirilib. Ağ Evin nümayəndəsi bəyan edib ki, İsrail əsas hədəf kimi HƏMAS komandirləri və infrastrukturunu nişan alıb.
 
Hücumlar zamanı İsrail tanklarının Rafah ərazisini atəşə tutduğu və bir çox ailənin evlərini tərk edərək Xan Yunis istiqamətində hərəkət etdiyi bildirilir.
 
Sülh danışıqları çərçivəsində İsrail və HƏMAS nümayəndələri Qətərdə danışıqlar aparıblar. Misir və Qətər vasitəçiləri atəşkəsin müddətini uzatmaq üçün cəhdlər etsə də, razılıq əldə olunmayıb. Yanvarın 19-da əldə edilən ilkin atəşkəs çərçivəsində 33 israilli girov və 5 tailandlı azad edilsə də, 2 000 fələstinli məhbusun mübadiləsi baş tutub.
 
İsrail ABŞ-ın dəstəyi ilə hələ də Qəzzada saxlanılan 59 girovun geri qaytarılması üçün uzunmüddətli atəşkəsin təmin edilməsinə çalışırdı. Lakin HƏMAS atəşkəsin daimi olmasını və İsrail qüvvələrinin Qəzzadan tamamilə çıxarılmasını tələb edirdi.
 
İsrail ordusu çərşənbə axşamı səhər saatlarında həyata keçirilən hava hücumlarının detalları barədə ətraflı məlumat verməyib. Fələstin səhiyyə rəsmiləri və hadisə şahidlərinin verdiyi məlumata görə, ölən və yaralananların sayı daha da arta bilər.
Избранный
60
2
moderator.az

10Источники