RU

Ağ Ev Azadlıq heykəlini Fransaya qaytarmaqdan imtina etdi

ABŞ hökuməti fransız siyasətçilərinin Azadlıq heykəlini geri qaytarmaq tələblərinə cavab verib.

"Unikal" xəbər verir ki,  bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Belə ki,  fransızların təkidinə Ağ Evin mətbuat katibi Caroline Levitt sərt reaksiya verib.  O, prezident Donald Trampın heç bir şəraitdə heykəli Fransaya qaytarmayacağını söyləyib. 

Levitt həmçinin deyib ki, fransızların almanca danışa bilməməsi yalnız ABŞ sayəsindədir.

Bildirək ki, Azadlıq heykəli fransız Oqyust Bartoldi tərəfindən yaradılmış və 28 oktyabr 1886-cı ildə Amerika müstəqilliyinin yüzilliyi münasibətilə ABŞ-yə təqdim edilib.

Gülayə Mecid 

Избранный
20
unikal.az

1Источники