İspaniyanın "Barselona" klubunun gənc ulduzu Mark Kasado 2 ay yaşıl meydançalardan uzaq qalacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb futbolçunun La Liqanın son turunda "Atletiko" ilə görüşdə zədə almasıdır.
O, rəqib Antuan Qrizmannla toqquşma zamanı diz nahiyəsindən zədələnib. Görüşü davam etdirə bilməyən Kasado Erik Qarsiya ilə əvəzlənib.
Matçdan sonra keçirilən müayinələrdə 22 yaşlı müdafiəçinin sağalmasına ən azı 2 ay lazım gəldiyi məlum olub ki, bu da faktiki olaraq, onun üçün mövsümün başa çatması deməkdir.
Bu, "Barselona" üçün ciddi itki sayılır. Əsas heyət üzvü sayılan Kasado cari mövsüm bütün turnirlərdə 36 qarşılaşma keçirib, 6 məhsuldar ötürmə verib.
BU DA MARAQLIDIR:
La Liqada qalmaqal: "Barselona" "Osasuna" ilə oyuna çıxmaq istəmir