RU

ASCO emissiyaların azaldılması üçün yeni sistemin tətbiqinə başladı (FOTO)

Bakı.Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC emissiyalarınazaldılması istiqamətində innovativ texnologiyaların tətbiqinigenişləndirir.

Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.

Qeyd edilib ki, şirkət Ekoloji, Sosial, İdarəetmə (ESG)strategiyasına uyğun olaraq bu istiqamətdə daha bir mühüm addımataraq, İsveç Krallığının “QTAGG” şirkəti ilə əməkdaşlıqçərçivəsində “EcoPilot” sisteminin tətbiqinə başlayıb.

Pilot layihə olaraq sözügedən sistem “RoPax” tipli “Azərbaycan”gəmi-bərəsində quraşdırılıb.

Gəmi-bərənin bu sistemlə həyata keçirdiyi ilk dəniz sınağı artıquğurla başa çatıb. “EcoPilot”un tətbiqindən ümumi gözlənti isəondan ibarətdir ki, gəmi hər səfərində yanacağa qənaət etməklə,emissiyaları təxminən 6% miqdarında azaltsın.

Qeyd edək ki, “EcoPilot” texnologiyası küləyin istiqaməti vəgücü, gəminin quruluşu, hava proqnozu və dəniz axınları kimifaktorlara uyğun olaraq, elektron sistem vasitəsilə gəminin optimalmarşrutunu dəstəkləyir və onun sürətinin avtomatik tənzimlənməsinəimkan yaradır. Bu da yanacaq sərfiyyatını azaltmaqla, emissiyalarınminumuma endirilməsinə töhfə verir.

ASCO
ASCO
ASCO
ASCO
Избранный
23
7
az.trend.az

8Источники