RU

Azərbaycandan xaricə 527 milyon dollar pul köçürülüb

2024-cü ildə Azərbaycana xaricdən 1 milyard 83 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 527 milyon ABŞ dolları pul köçürüb.

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (497 milyon ABŞ dolları), Türkiyədən (176 milyon ABŞ dolları), ABŞ-dan (65 milyon ABŞ dolları), Gürcüstan (35 milyon ABŞ dolları) və Böyük Britaniyadan (34 milyon ABŞ dolları) daxil olub.

Ötən il ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (150 milyon ABŞ dolları), ABŞ (60 milyon ABŞ dolları), Rusiya (58 milyon ABŞ dolları), Gürcüstan (45 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (28 milyon ABŞ dolları) qərarlaşıb.

©report

Избранный
26
7
valyuta.az

9Источники