Bakı. Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yoluilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasınınqarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqarBabayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilənməlumata görə, onlardan 15 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İranvətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcəkünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatıəsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinəkeçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqrammarixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.