RU

Mediasiya prosesinin tətbiqi üçün əsaslar dəyişir

Bakı. Trend:

Mediasiya prosesinin tətbiqi üçün əsaslar dəyişir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Mediasiya haqqında” Qanuna təklif ediləndəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, tərəflər arasında mediasiyayadair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyənedildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuşmediatora (mediasiya təşkilatına) müraciət edəcək.

Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı vəya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarındabir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator və yamediator təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesitərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisəninaidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayondayerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiyatəşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər vəya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyiinzibati ərazi vahidinə ǝn yaxın şəhər və ya rayonlardan birindəyerləşən mediasiya təşkilatı tərəfindən aparılacaq.

Mediator (mediasiya təşkilatı) yuxarıdakı hallarda məlumatlarıvə mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əksetdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdimetməsindən sonra tərəflər və ya onlardan biri mediasiyasessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılışəkildə imtina etdikdə mediasiya prosesinə avtomatik xitamveriləcək.

Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bildiriştərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 günəvvəl təqdim edilməlidir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Избранный
23
12
az.trend.az

10Источники