RU

Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyadan Ermənistana təbii qazın verilməsi Gürcüstan ərazisində təcili bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə "Qazprom Ermənistan" şirkətinin Mətbuat Xidmətindən məlumat verilib.
"Martın 18-i saat 09:00-dan 18:00-dək "Şimali Qafqaz-Cənubi Qafqaz" tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən "Qazax-Saquramo" hissəsində (DN 1000) fövqəladə təmir işləri aparılacaq, bununla əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, göstərilən müddətdə ölkədə istehlakçıların qazla təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına həyata keçiriləcək.
Избранный
16
oxu.az

1Источники