RU

İspaniya Səudiyyə Ərəbistanı üçün ikinci əlavə korvet hazırlayır

İspaniyanın Navantia şirkətinin San Fernandoda yerləşən gəmiqayırma zavodu Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş İkinci “Sarawat” sinifli korvet üçün polad kəsməyə başlayıb.

Herbiand.az bildirir ki, 2024-cü ilin sonunda imzalanan müqavilə əvvəllər təhvil verilmiş beş gəmidən əlavə daha üç gəminin də çatdırılmasını nəzərdə tutur.

Müqaviləyə, həmçinin 100-dən çox səudiyyəli mühəndis üçün hərtərəfli təlim planı və Səudiyyə Ərəbistanında üçüncü korvet üçün gövdə hissələrinin istehsalı daxildir. Navantia İspaniyadakı Rota Dəniz Bazasında hərtərəfli logistik dəstək paketi, ekipaj hazırlığı və personalın əməliyyat təlimini təmin edəcək.

“Sarawat” sinifli korvetlərin uzunluğu 104 metr, eni 14 metrdir. Silahlanmaya 76 mm və 35 mm-lik artilleriya qurğuları, “Harpun” gəmi əleyhinə raketləri, ESSM zenit-raketləri (sursat – 32 ədəd), 324 mm-lik torpedo boruları, 12,7 mm-lik pulemyotlarla silahlanıb. Korvet həmçinin, 10 tona qədər çəkisi olan vertolyotu qəbul edə bilir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
6
herbiand.az

1Источники