RU

Orucluqda ağız qoxusuna son qoymaq üçün QIZIL məsləhətlər

Orucluqda ağız qoxusuna son qoymaq üçün

Ramazan ayında oruc tutanların yaşadığı ən yaygın problemlərdən biri ağız qoxusudur. Uzun müddət aclıq və susuzluq, ağız sağlamlığını mənfi təsir edə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, stomatoloq Şeyda Polat İnanmaz, iftar və imsakdan sonra dişlərin düzgün şəkildə fırçalanmasının, diş ipi və ağız qarqarasından istifadə etmənin çox vacib olduğunu vurğulayır. Bu sadə qaydalara əməl edərək ağız qoxusunun qarşısını almaq mümkündür.

Ağız qoxusunun əsas səbəblərindən biri, ağızda yığılmış bakteriyalardır. Ramazan ayında oruc tutarkən, bədənin susuz qalması da ağız qoxusuna səbəb ola bilər. Bu səbəbdən, dişləri mütəmadi olaraq fırçalamaq və diş ipi istifadə etmək çox önəmlidir. Diş ipi dişlər arasındakı qida qalıqlarını təmizləyərək ağız sağlamlığını qorumağa kömək edir.

Ağız qoxusunun qarşısını almaqda su istehlakının da rolu böyükdür. İftar və imsak arasında kifayət qədər su içmək, ağız quruluğunun qarşısını alır və təravətli nəfəs təmin edir. Həmçinin, siqaret, çay, qəhvə və şokolad kimi qidalardan uzaq durmaq lazımdır, çünki bu vərdişlər ağız qoxusunu daha da pisləşdirə bilər.

Diş sağlamlığını qorumaq üçün Ramazan ayında müntəzəm olaraq diş həkiminə getmək də vacibdir. Diş həkimi müayinəsi, potensial problemləri erkən aşkar etməyə və daha ciddi sağlamlıq problemlərinin qarşısını almağa kömək edir. Bu sadə qaydalara riayət edərək Ramazan ayında ağız sağlamlığını qorumaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
5
20
e-saglam.az

10Источники