RU

Putin və Tramp arasında telefon danışığının vaxtı məlum oldu

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında söhbət Moskva vaxtı ilə saat 16:00-18:00 (Bakı vaxtı ilə saat 17:00-19:00) arasında gözlənilir.

Hurriyyet.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

“Həqiqətən də bu, Moskva vaxtı ilə saat 16:00-dan 18:00-a qədər olacaq”, – Peskov bildirib.

O, telefon danışığının lazım olan qədər davam edəcəyini qeyd edib.

Peskovun sözlərinə görə, Putin və Tramp arasında telefon danışığı zamanı Rusiya-Amerika münasibətlərinin normallaşması və Ukraynadakı vəziyyətin nizamlanması müzakirə olunacaq.

Həmçinin, Trampın Rusiya və ABŞ-nin bir çox məsələlərdə artıq razılığa gəldiyi barədə sözlərini şərh edən Peskov doğrudan da, Moskva və Vaşinqton arasında müəyyən müzakirələrin olduğunu qeyd edib.

“Şübhəsiz ki, müəyyən bir anlaşma var. Amma çoxlu sayda suallar da var – həm ikitərəfli münasibətlərimizin daha da normallaşması, həm də Ukrayna nizamlanması ilə bağlı. Bütün bunları iki prezident müzakirə etməli olacaq”, – Peskov bildirib.

Tribunainfo.az

Избранный
14
50
hurriyyet.az

10Источники