Rusiya Gürcüstan ərazisində təmir işləri ilə əlaqədar Ermənistana təbii qaz təchizatını dayandırıb.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC-nin elanında bildirilib.
"18 mart saat 09:00-dan 18:00-dək Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəza-bərpa işləri aparılacaq, bununla əlaqədar olaraq Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq", - şirkətdən bildirilib.
Qeyd olunub ki, göstərilən müddətdə ölkədə istehlakçıların qazla təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına həyata keçiriləcək.