Bakı.Trend:
Londonda yerləşən London Nəqliyyat Muzeyində (London TransportMuseum) Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüVüsalə Babayeva klassik-caz əsərlərdən ibarət solo konsert proqramıilə çıxış edib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, müxtəlif ölkələrdən olan bəstəkarlarınəsərlərinin ifa edildiyi konsertə böyük maraq göstərilib. Proqramdaklassik musiqi ənənələri ilə caz elementlərini özündə birləşdirənəsərlər səsləndirilib. İfaçının repertuarında Corc Gerşvinin məşhur“Rhapsody in Blue”, “The Man I Love”, “I Got Rhythm”, Fazıl Sayın“Jazz Fantasy on Mozart”, Nikolay Kapustinin “Etüd No.1”, eləcə dəAzərbaycan bəstəkarları Qara Qarayevin “Eskiz” və Sevda Məmmədlinin“Azərbaycan naxışları” kimi əsərlər yer alıb. Soydaşımızın ifalarısonda sürəkli alqışlanıb.
Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı olan VüsaləBabayeva “Transported by Culture” layihəsi çərçivəsində LondonNəqliyyat Muzeyinin artisti seçilib. Konsert də bu layihəçərçivəsində baş tutub. Soydaşımız bir müddət öncə Kral MusiqiKollecinin magistratura pilləsini bitirib. Hazırda Guildhall Musiqivə Dram Məktəbində “Artist Diploma” təhsili alır. Bununla yanaşı,pianoçu Londonun müxtəlif nüfuzlu zallarında solo konsertproqramları ilə də çıxış edir.